Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial TƏBİB sədri bu xəstəxananın direktorunu dəyişdi
sosial

TƏBİB sədri bu xəstəxananın direktorunu dəyişdi

06-03-2025 14:00 25 Baxış
IMG

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.

 

Tvit.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

 

TƏBİB sədrin digər əmri ilə Ravil Həbib oğlu Qənbərov sözügedən vəzifəyə təyin olunub.

 

Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi rəhbəri olub.

 

Qeyd edək ki, Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi.