Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Deputatdan şad xəbər: müavinət və təqaüdlər artırılır
sosial

Deputatdan şad xəbər: müavinət və təqaüdlər artırılır

05-03-2025 11:00 44 Baxış
IMG

Minimum əmək haqqı ilə bağlılığı olmayan bir sıra sosial müavinət və təqaüdlərdəki artımlarla bağlı da yaxın zamanda qərar veriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.

 

O xatırladıb ki, dövlət başçısı İlham Əliyev sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verib.

 

V.Bayramov qeyd edib ki, hökumət artıq bu istiqamətdə təkliflərin hazırlanmasını həyata keçirir:

 

"Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq. Nazirlər Kabineti təklifləri bu ayın ikinci yarısı təqdim edəcək".