Azərbaycan Prezidenti İlham Əliyev sabah Ankaraya səfər edəcək.
"Tvit.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
“Prezident Kompleksində keçiriləcək danışıqlarda cari regional və qlobal hadisələr, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.
Səfər münasibətilə 25 sentyabr 2023-cü il tarixində təməli möhtərəm Prezidentimiz və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi canlı yayımla keçiriləcək", - deyə Altun qeyd edib.