Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman AVRO-2026: Azərbaycan millisinin rəqibinin heyəti açıqlanıb
idman

AVRO-2026: Azərbaycan millisinin rəqibinin heyəti açıqlanıb

04-03-2025 14:00 17 Baxış
IMG

Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsindəki rəqibi Yunanıstanın heyəti açıqlanıb.

 

Tvit.az Yunanıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 3-də toplanışa start verən rəqibin baş məşqçisi Yannis Ziavas qarşıdan gələn Xorvatiya və Azərbaycanla matçlara 16 futzalçı dəvət edib.

 

Millinin düşərgəsində bu futzalçılar yer alıblar: Datis Marios, Aronis Nikolaos, Adamopulos Aleksandros (hamısı AEK), Seati Ensi, Papadopulos Konstantinos, Çaralampopulos Vasileios, Çin Lamproslari, Karidas Dimitrios (hamısı "Dukas"), Zervas Dimitrios, Panu Konstantikos, Papakostas Spiridon, Avlonit Georgios (hamısı "Panatinaikos"), Zompolas Yoannis ("Hermes Zoqrafu"), Tzakidis Vasileios (PAOK), Tanka Leandros ("Salamina"), Darlas Dimitris ("Afina 90").

 

Qeyd edək ki, Yunanıstan - Azərbaycan matçı martın 11-də, saat 21:00-da Afinada baş tutacaq.