Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu ticarət mərkəzində avtovağzal xidməti təşkil edilir
sosial

Bu ticarət mərkəzində avtovağzal xidməti təşkil edilir

04-03-2025 11:00 17 Baxış
IMG

Bu gündən Azerbaijan Ground Service MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

 

Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.

 

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

 

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

 

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.