Xəzər dənizində zəlzələ baş verib.
Tvit.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtla 04:03-də baş verən zəlzələ 3.1 maqnitudada olub.
Yeraltı təkanların ocağı 14 kilometr dərinlikdə yerləşib.