Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Avtomobilin saxlanc yerində Türkiyəyə qaçmaq istəyən şəxs saxlanılıb
hadisə

Avtomobilin saxlanc yerində Türkiyəyə qaçmaq istəyən şəxs saxlanılıb

27-02-2025 16:00 46 Baxış
IMG

Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.

 

Bu barədə Tvit.az-a Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Bildirilib ki,  Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanıb.


Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.