Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının görüş yerləri məlum oldu
siyasət

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının görüş yerləri məlum oldu

26-02-2025 22:00 28 Baxış
IMG

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub.

"Tvit.az" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili türkiyəli həmkarı Hakan Fidan ilə görüşündə deyib.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib və bu çərçivədə üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi bildirilib.

Həmçinin “Orta Dəhliz” konsepsiyasına əsaslanaraq, Bakı-Tbilisi-Erzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənubi Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb.

Xarici işlər nazirləri regiondakı vəziyyət və təhlükəsizlik çağırışları ilə mübarizə aparmaq üçün birgə səylərin əhəmiyyətini də müzakirə ediblər.

Maka Boçorişvili bir daha Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiq edib.