Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə BMV-dən 15 min avro oğurladı
hadisə

BMV-dən 15 min avro oğurladı

26-02-2025 13:00 24 Baxış
IMG

Bakıda avtomobildən 15 min avroya yaxın pul oğurlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Binəqədi rayonu ərazisində BMV markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırmalarla təqsirli bilinən şəxsin bundan öncə “Mitsubişi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.