Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan səfiri Həştərxan qubernatoru ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib
siyasət

Azərbaycan səfiri Həştərxan qubernatoru ilə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini müzakirə edib

10-02-2025 21:00 43 Baxış
IMG

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında görüş keçirilib.

 

Report-un məlumatına görə, görüş zamanı ikitərəfli ticarət-iqtisadi və sənaye əlaqələrinin daha da möhkəmləndirilməsi perspektivlərini, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

 

Səfir Rəhman Mustafayev Həştərxan vilayətinin Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş Qubadlı rayonunda uşaq bağçasının tikintisi təşəbbüsünə görə qubernatora təşəkkürünü bildirib.

 

Görüşdə uşaq bağçasının tikintisinin 2025-ci ilin may-iyun aylarında başa çatdırılmasının nəzərdə tutulduğu vurğulanıb.

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin arasında 2024-cü il dekabrın 10-da Bakıda keçirilən ikitərəfli görüşdə dövlət başçısı Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının yenidən qurulması və abadlaşdırılmasına hər cür dəstəyin, xüsusilə də dost dövlətlərin dəstəyinin mühüm və simvolik olduğunu diqqətə çatdırıb.