Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Livan parlamentindəki Hizbullah fraksiyasının rəhbəri ABŞ nümayəndəsinin açıqlamalarını tənqid edib
dünya

Livan parlamentindəki Hizbullah fraksiyasının rəhbəri ABŞ nümayəndəsinin açıqlamalarını tənqid edib

07-02-2025 23:00 18 Baxış
IMG
Livan parlamentindəki Hizbullah fraksiyasının rəhbəri ABŞ nümayəndəsinin açıqlamalarını tənqid edib.
 
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən, Livan parlamentindəki Hizbullahın Müqavimət Blokuna Sadiqlik fraksiyasının sədri Məhəmməd Raad deyib:
 "Amerika elçisinin (Ortaqusun) bəyanatları Livanın suverenliyinə açıq-aşkar müdaxilə və bütün diplomatik təcrübələrdən yayınmadır".
 
Qeyd edək ki, bu gün səhər saatlarında ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Ortaqus Livan prezidenti Aun ilə görüşdə bildirib ki, Vaşinqton Livan hökumətində Hizbullah rəsmilərinin olmasını qəbuledilməz hesab edir.
 
Aysel Şirinova