Rusiyanı hərbi yolla atəşkəs bağlamağa məcbur etmək perspektivi çox uzaq görünür.
Tvit.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell bildirib.
O bu barədə Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
Bununla belə, o, Moskvaya sanksiya təzyiqini artırmağa və Kiyevə silah tədarükünü artırmağa çağırıb . Avropa diplomatiyasının rəhbəri həmçinin “ Ukraynadakı sülhü Kiyevin kapitulyasiyası ilə qarışdırmamağa” çağırıb:
“Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün Ukraynanı siyasi və hərbi cəhətdən gücləndirməkdə strateji məntiq var , lakin bu, çox uzaq perspektiv kimi görünür”, - Borrell vurğulayıb.
Aysel