Zelenskinin müşaviri Mixail Podolyak döyüşü Rusiyaya köçürməyi xahiş edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Almaniyanın Welt nəşrinə müsahibəsi vasitəsilə uzaqmənzilli raketlərin tədarükü istəyib və bunu hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsinin zəruriliyi ilə izah edib.
"Bizim Rusiya ərazisinə hava zərbələrimiz çox vacibdir. Birincisi, istehsal, anbarlar və logistika məhv ediləcək, bu da resurslara təsir edəcək... Bu, hərbi komponentdir”, - deyə o bildirib.
Aysel Şirinova