Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya NATO Rusiya ilə siyasətə yenidən baxmağı planlaşdırır
dünya

NATO Rusiya ilə siyasətə yenidən baxmağı planlaşdırır

11-10-2024 23:00 205 Baxış
IMG

NATO-nun müdafiə nazirləri yaxın gələcəkdə Rusiyaya qarşı uzunmüddətli siyasətinə yenidən baxmağı planlaşdırır.

Tvit.az xəbər verir ki, bu barədə Politico yazıb.

"İştirakçı ölkələr alyans çərçivəsində debatlar keçirmək və Rusiya-NATO-nun təsis aktını müzakirə etmək niyyətindədirlər. Müttəfiqlərin konkret mövqelərini nəzərə alaraq yeni strategiya hazırlamağın vaxtı çatıb”, - deyə nəşr məqalədə vurğulayıb.

 

Nəşrin həmsöhbəti aydınlıq gətirib ki, gələcək strategiya layihəsi hələ hazırlanmayıb. Eyni zamanda, təklif olunan dəyişikliklərin hərbi nəticələri də məhdudlaşdırılacaq. Alyansın bəzi üzvləri həddindən artıq aqressiv yeni strategiyanın Rusiyaya sabitliyi pozan siqnal göndərə biləcəyindən narahatdırlar.

Aysel Şirinova