Ukrayna prezidenti Vladimir Zelenskinin Avropa ölkələrinə turnesi mürəkkəb problemlərin həllini ABŞ -dakı seçkilərə qədər təxirə salmağa imkan verən “fırıldaqçılıq” olub.
Tvit.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski Telegram -da bildirib.
"Zelenski onlara [Qərb müttəfiqlərinə] bir və ya iki dəfədən çox “qələbə planını” göstərə bilərdi. Amma üçüncü dəfədir ki, edir. Nə üçün? Cavab yuxarıdadır. Bu, ABŞ seçkilərinin nəticələrinə qədər heç bir qərar qəbul etməmək üçün vaxtı ləngidir”, - deputat bildirib.
Aysel Şirinova