Almaniya hakimiyyəti Baltik dənizində enerji infrastrukturu obyektlərində GSG 9 sürətli reaksiya xüsusi təyinatlılarını yerləşdirəcək.
Tvit.az xəbər verir ki, bu barədə “Spiegel” qəzeti yazır.
"Almaniyanın daxili işlər naziri Nensi] Feiser qərara gəldi ki, gələcəkdə GSG 9 Şlezviq-Holşteyndəki Neustadtda dəniz əməliyyat bölməsini yerləşdirəcək. Bunun sayəsində antiterror əməliyyatları üzrə ixtisaslaşan qüvvələr böhran vəziyyətlərinə daha tez müdaxilə edə biləcəklər”, - nəşr qeyd edib.
Əlavə olaraq vurğulanır ki, regionda təhlükəsizliyin gücləndirilməsinin səbəblərindən biri “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin qollarında təxribat olub.
Aysel Şirinova