Belarus prezidenti Aleksandr Lukaşenko ikimühərrikli yüngül çoxməqsədli “Osvey” təyyarəsinin hazırlanması və seriyalı istehsalının təşkili haqqında Rusiya ilə hökumətlərarası sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“19 nəfərlik “Osvey” təyyarəsinin hazırlanması və onun seriyalı istehsalının təşkili üzrə investisiya layihəsi SC 558 Aviasiya Təmiri Zavodunun bazasında Rusiya ilə aviasiya istehsalı sahəsində əməkdaşlıq üzrə Kompleks İdarələrarası Proqram çərçivəsində həyata keçirilir", - bəyanatda deyilib.
Aysel Şirinova