Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 27-28,20 manat arasında dəyişir.
Tvit.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bazara təqdim olunan ən bahalı un “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.
Ən ucuz un növü “Dəvəçi-Taxıl” MMC-nin bazara çıxardığı undur – 26 manatdır.
“Anadoluqida” və “AVETA” MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat, “Bakı Taxıl Terminalı”, “Dəniz un sənayesi LTD”, “Karmen”, “Orxan UN”, “Xırman”, “SKY AGRO” MMC-lər, “Nadir Quliyev adına Bakı-Taxıl” ASC, “PAK-NUR” FİRMASI və “Səma” fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat təşkil edir.
Son hesabata əsasən istehsalçılar arasında ən ucuz un “Dəvəçi-Taxıl” MMC-yə məxssusdur.Şirkətin bazara çıxardığı 50 kq-lıq un kisənin satış qiyməti 26 manatdır.
Qeyd edək ki, istehsalçılar ötən ilin noyabrından başlayaraq un qiymətlərini artırıblar. 2024-cü ilin yanvar-oktyabr aylarında unun 50 kq-lıq satış qiyməti 26,6 manat təşkil edirdisə, noyabrdan un 27 manatdan yuxarı satılır.