Rusiya Yaponiyanın Rusiya sərhədləri yaxınlığında ABŞ ilə birgə hərbi təlimlər keçirmək planlarına görə Yaponiya səfirliyinə etiraz edib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilib.
"Yaponiya səfirliyinə Rusiya Federasiyasının müdafiə qabiliyyətini gücləndirmək və suverenliyini qorumaq üçün qaçılmaz adekvat cavab tədbirləri, habelə Yaponiya tərəfinin bizim müvafiq hərəkətlərimizlə bağlı “narahatlıqlarını” ifadə etmək cəhdlərinin yersiz olması barədə xəbərdarlıq edilib", - deyə nazirlik vurğulayıb.
Qeyd edək ki, təlimlərin oktyabrın sonu noyabrın əvvəlləri keçirilməsi planlaşdırılıb.
Aysel Şirinova