ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson Kiyevə Amerika büdcəsindən əlavə maliyyə yardımının ayrılması ideyasını dəstəkləmir.
Tvit.az xəbər verir ki, bu barədə o, Punchbowl News portalına müsahibəsində bildirib.
"Ukraynanın daha çox maliyyələşdirilməsinə iştahım yoxdur və ümid edirəm ki, buna ehtiyac olmayacaq", - deyə Conson bildirib.
Eyni zamanda o, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna böhranının nizamlanmasını təmin edə biləcəyi fikrini də vurğulayıb:
"İnanıram ki, prezident Tramp qalib gəlsə, həqiqətən də bu münaqişəyə son qoya biləcək. - Conson deyib. Düşünürəm ki, o (Tramp) prezidenti Vladimir Putinə zəng edib deyəcək ki, bu, bəsdir. Mən hesab edirəm ki, dünyada hamı bu münaqişədən bezib və həllini istəyir", - Conson deyib.
Aysel Şirinova