Çin lideri Xi Jinping, ölkəsinin rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməli olduğunu deyib.
Tvit.az xəbər verir ki, Xi bazar ertəsi Pekində hakim Kommunist Partiyasının antikorrupsiyaya nəzarət orqanı, İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının illik iclasında danışıb.
O həmçinin, 2025-ci ildə çirkli məmurların kökünü kəsməyə diqqətini davam etdirəcəyinə işarə edib.
Asiya dövləti "korrupsiyaya qarşı sərt, uzun sürən və hərtərəfli mübarizədə qətiyyətlə qalib gəlməlidir", - deyə o, vurğulayıb.
Prezident yekun olaraq çıxışında rüşvətxorluğu partiyanın üzləşdiyi “ən böyük təhlükə” adlandırıb.
Aysel Şirinova
Aysel Şirinova