Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Peskov: Kreml ABŞ-ın bu planından xəbərsizdir
dünya

Peskov: Kreml ABŞ-ın bu planından xəbərsizdir

13-10-2026 14:00 13 Baxış
IMG

Kreml Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyə davam edəcəyi təqdirdə, ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq barədə xəbərsizdir.


Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu  Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.


Qeyd edək ki, daha əvvəl "Politico" jurnalı Ukrayna lideri Vladimir Zelenskinin Rusiya-Amerika dizel yanacağı müqaviləsindən açıq şəkildə narazılığını bildirəcəyi təqdirdə ABŞ prezidenti Donald Trampın Ukraynanın Starlink-ə çıxışını kəsə və onu kəşfiyyatdan məhrum edə biləcəyini yazmışdı.


Elmin Alışov