Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Azərbaycanda kişi bayram günü keçmiş arvadını qanına qəltan etdi
hadisə

Azərbaycanda kişi bayram günü keçmiş arvadını qanına qəltan etdi

02-01-2025 19:00 33 Baxış
IMG

Salyanda kişi keçmiş arvadını bıçaqlayıb.

 

Tvit.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə dekabrın 31-i günorta saatlarında baş verib.

 

Seyyidmehdi Azad oğlu Babazadə yaşadığı evin qarşısında keçmiş arvadı Şəbnəm Bəhlul qızı Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Bundan sonra o, qadını döyüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisə zamanı Salyan rayon sakini S.Babazadə aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı Ş.Əliyevayaya kəsici-deşici alətlə xəsarət yetirib. S.Babazadə polis əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.