Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Pensilvaniya hakimiyyəti Yevgeni Sadrislamovu 22 kq-dan çox əldəqayırma partlayıcı və silah hazırlamaqda ittiham edib.
27 yaşlı Sədrislamov rusiyalı miqrantdır. Həbs edilməsinə səbəb onun evinin qarajından tüstü çıxdığını görən Filadelfiya şəhərində qonşularının zəngi olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətinin əməkdaşları evdə partlayıcı maddələrin və onların istehsalı üçün komponentlərin, habelə atəşfəşanlığın istehsalı üçün ev laboratoriyası ilə təchiz olunduğunu müəyyən ediblər.
Aysel Şirinova