Özbəkistan Əfqanıstanda hakimiyyətdə olan islamçı radikal Taliban hərəkatının (Rusiyada qadağan olunmuş terror təşkilatı) üzvləri ilə qaz hasilatı müqaviləsi imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə “ Cursive ” nəşri yazıb.
Müqavilə Özbəkistanın Əfqanıstanda qaz hasilatına investisiya yatırılmasını nəzərdə tutur. Proses Əfqanıstanda Cövzcan və Fəryab əyalətlərində baş tutacaq.
Aysel Şirinova