BMT sülhməramlılarının Livandakı mövqelərinin İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən atəşə tutulmasına heç bir əsas yoxdur və ola da bilməz.
Tvit.az xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel X sosial şəbəkəsində qeyd edib.
"Livanda daha bir qırmızı xətt təhlükəli şəkildə keçdi, İsrail qüvvələri mövqeləri məlum olan BMT sülhməramlılarını atəşə tutdular", - Avropa diplomatiyasının rəhbəri yazıb.
Borrell əlavə edib ki, Avropa ictimaiyyəti adından “heç bir əsası ola bilməyən bu qəbuledilməz hərəkəti” pisləyir.
Aysel Şirinova