Avropa İttifaqı (Aİ) Moldovaya respublikanın bütün tarixində rekord məbləğdə maliyyə dəstəyi verəcək.
Tvit.az xəbər verir ki, bu barədə Newsmaker yazır .
Bildirilib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Moldova Prezidenti Maya Sandu ilə Kişinyovda keçirilən görüşdə müvafiq qərarı açıqlayıb.
Brüssel respublikanın Aİ-yə daxil olmaq meyarlarına cavab verməyə kömək edəcək islahatların həyata keçirilməsi üçün 1,8 milyard avro ayıracaq.
Proqram Serbiyada və keçmiş Yuqoslaviyanın Aİ üzvü olmayan digər ölkələrində də həyata keçirilib.
Qeyd edilir ki, Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum oktyabrın 20-də ölkənin hazırkı prezidenti Maia Sandu-nun iştirak edəcəyi prezident seçkiləri ilə paralel keçiriləcək.
Aysel Şirinova