Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Tehrandakı səfiri əhaliyə xəbərdarlıq verdi
dünya

Rusiya Tehrandakı səfiri əhaliyə xəbərdarlıq verdi

10-10-2024 19:00 149 Baxış
IMG

Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalına görə İrandakı ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - diplomatik missiyanın bəyanatında deyilir. Diplomatik nümayəndəlik həmçinin Rusiya vətəndaşlarına səfirliyin resursları haqqında məlumatları mütəmadi olaraq izləməyi tövsiyə edib.

Aysel Şirinova