Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Doğuşdan sonra əkiz körpələr vəfat etdi
hadisə

Doğuşdan sonra əkiz körpələr vəfat etdi

24-12-2024 19:00 39 Baxış
IMG

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, 22 dekabr tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub.

 

Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb.

 

Saat 00:00 radələrində çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10 radələrində isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal az çəkili dərin yetişməzliklə) doğulub.

 

Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.