Mahaçqalada məhkəmə 93 yaşlı təqaüdçünü döyən tibb bacısını həbs edib.
Tvit.az xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri məlumat yayıb.
Məlumata əsasən, yerli sakinə qarşı köməksiz vəziyyətdə şəxsə xüsusi amansızlıqla işgəncə vermə maddəsi ilə cinayət işi açılıb.
O, dekabrın 8-dək istintaq təcridxanasında qalacaq.
Tibb bacısının yaşlı qadına bədən xəsarətləri yetirərək təhqir etdiyi vurğulanıb.
Aysel Şirinova