"Qazprom" və Macarıstan Rusiyadan Macarıstana qaz tədarükünün artırılması imkanlarına dair anlaşma memorandumu imzalayıblar.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yaylb.
“Tərəflər qaz tədarükü məsələlərini və qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər”, - deyə Sankt-Peterburq çərçivəsində keçirilən görüşün yekunlarına dair məlumatda deyilib.
Bildirilib ki, görüşdə Aleksey Miller və Peter Siyartonun iştirakı ilə Rusiya qazının Macarıstana tədarükünün artırılması imkanları ilə bağlı anlaşma memorandumu imzalanıb.
Aysel Şirinova