Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ dünya Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib
dünya

Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib

10-10-2024 17:00 80 Baxış
IMG

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın bütün vətəndaşları üçün vizasız rejim şərtlərini genişləndirib.

Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata əsasən, Qanunvericilik aktları portalında dərc olunan fərmanın yeni variantında əvvəllər viza tələb olunan istisnalar artıq öz əksini tapmır. 

Yeni sənəd heç bir kateqoriya istisna olmaqla, Gürcüstanın bütün vətəndaşlarına vizasız giriş imkanı verir. Gürcüstandan gələn ruslar üçün viza rejimi 2012-ci ildə ləğv edilib.

 

İki ölkə arasında diplomatik əlaqələr 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasından sonra Tbilisi tərəfindən kəsilib. 2019-2023-cü illərdə Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına, eləcə də ölkəyə turların satışına qadağa qoyulub. 

Aysel Şirinova