Rusiya Ukraynanın kimyəvi silahdan istifadəsinə dair araşdırmanın nəticələrini OPCW-nin ( Kimyəvi silahlardan istifadəni qadağa təşkilatı) daimi nümayəndəsinə təhvil verib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı səfiri, KQT-dəki daimi nümayəndəsi Vladimir Tarabrin təşkilatın İcraiyyə Şurasının 107-ci sessiyasında çıxışı zamanı bildirib.
"Rusiya tərəfi ukraynalı millətçilərin kimyəvi silahdan istifadə etməsi hallarını diqqətlə qeydə alır və bu barədə OPCW-ni mütəmadi olaraq məlumatlandırır”, - deyə o qeyd edib.
Həmçinin, bildirilib ki, Ukraynanın kimyəvi silahdan istifadəsinə dair məlumatı mümkün qədər ciddi qəbul etməyi xahiş edib.
Aysel Şirinova