Ukrayna prezidenti Vladimir Zelenski və Xorvatiyanın baş naziri Andrey Plenkoviç uzunmüddətli əməkdaşlıq və dəstək haqqında saziş imzalayıblar.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi məlumat yayıb.
Məlumata əsasən, bu müqavilə ilə Xorvatiya müharibədə qələbə çalana qədər Ukraynanı dəstəkləmək öhdəliyini müəyyən edib. Digər məsələlərlə yanaşı, söhbət müdafiə sənayesi arasında əməkdaşlıq, birgə müdafiə istehsalı perspektivlərinin müəyyən edilməsi, Ukraynada layihələrin lokallaşdırılmasından gedir.
Bildirilib ki, ölkələr həmçinin rəqəmsal dayanıqlıq və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və kəşfiyyat məlumatlarını bölüşmək imkanlarını araşdıracaqlar.
Aysel Şirinova