Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Hikmət Hacıyev: "Azərbaycan və NATO arasında əlaqələr çoxşaxəli tərəfdaşlığa çevrilib
sosial

Hikmət Hacıyev: "Azərbaycan və NATO arasında əlaqələr çoxşaxəli tərəfdaşlığa çevrilib

16-11-2026 16:00 55 Baxış
IMG

"NATO+Azərbaycan" formatı çərçivəsində keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığının inkişaf səviyyəsini qiymətləndirməyə, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə etməyə imkan yaradıb".

 

Tvit.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında yazıb:


"NATO-nun etibarlı tərəfdaşı olaraq Azərbaycan beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı da daxil olmaqla, qlobal sülh və təhlükəsizliyə mütəmadi töhfə verib. Ötən illər ərzində Azərbaycan və NATO arasında əlaqələr siyasi dialoqla yanaşı, müdafiə, təhlükəsizlik və potensialın artırılması sahələrində praktiki əməkdaşlığı özündə birləşdirən çoxşaxəli tərəfdaşlığa çevrilib".

 

Prezidentin köməkçisinin sözlərinə görə, NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsi ilə "NATO+Azərbaycan" formatında keçirilən görüşdə ölkəmizin 1994-cü ildə bu tərəfdaşlığa müharibə və qeyri-müəyyənlik dövründə qoşulduğu bildirilib:

 

"Bu gün isə biz sizinlə bərpaolunmuş suverenlik, əsl sülh və artan regional məsuliyyət mövqeyindən çıxış edirik. Bizim tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, əlaqəli və sülh içində olan bir Cənubi Qafqaz üçün bunu daha da inkişaf etdirməyə hazırıq".