Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərildi
sosial

Əlilliyi olan 130 minədək şəxsə reabilitasiya xidmətləri göstərildi

16-11-2026 15:00 49 Baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

 

Tvit.az xəbər verir ki, onlardan 70 min şəxsə ambulator, 32,6 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.

 

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir.

 

Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.