Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıda 111 ev sökülüb - 4 yeni stansiya tikiləcək
sosial

Bakıda 111 ev sökülüb - 4 yeni stansiya tikiləcək

30-10-2026 10:00 16 Baxış
IMG

"Yeni Suraxanı-Hövsan xətti üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb"

 

Tvit.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

 

O qeyd edib ki, bu xətt boyunca mühafizə zonasında yerləşən və tikinti altına düşən yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə 111 mülkiyyətçi qeydiyyata alınıb, onlarla müvafiq protokollar imzalanıb, kompensasiyalar ödənilib.

 

"Xətt üzrə mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatıb, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə çəpərləmə işlərinə başlanılıb.

 

Bu xətt boyunca stansiyalar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların yerləri müəyyən olunub".

 

Bəxtiyar Hacıyevin sözlərinə görə, Yeni Suraxanı-Hövsan xəttində ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır:

 

"Yeni Suraxanı-Hövsan dəmir yolu xətti üzrə inşa ediləcək 4 stansiyadan 3-ü Hövsan qəsəbəsində yerləşəcək. Stansiyalardan biri əvvəlki Hövsan Liman stansiyasının ərazisində, digəri Fövqəladə Hallar Akademiyasının yaxınlığında, üçüncüsü isə MİDA yaşayış kompleksinin yaxınlığında inşa ediləcək".