Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanda əhalinin çox hissəsi özəl sektorda fəaliyyət göstərir - Rəsmi
sosial

Azərbaycanda əhalinin çox hissəsi özəl sektorda fəaliyyət göstərir - Rəsmi

09-12-2024 23:00 120 Baxış
IMG

Azərbaycanda özəl sektorda çalışan əhalinin sayı dövlət sektoru ilə müqayisədə daha çoxdur.
Tvit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın dövlət sektorunda 880 min 300 nəfər, qeyri-dövlət (özəl) sektorunda isə 888 min nəfər çalışır.

Qeyri-dövlət sektorunda çalışanların sayı dövlət sektorunda çalışan işçilərin sayından 7 min 700 nəfər çoxdur. 
Bununla yanaşı, iqtisadiyyatın neft-qaz sektorunda 31 min 800 nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 736 min 500 nəfər işləyir.

Beləliklə, cari il oktyabrın 1-i vəziyyətinə görə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 768 min 300 nəfər olub. 
Aysel Şirinova