Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya SEPAH: Hörmüz boğazında ABŞ dronunu vurduq
dünya

SEPAH: Hörmüz boğazında ABŞ dronunu vurduq

20-10-2026 10:00 21 Baxış
IMG

Bu gün səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vuraraq məhv etdiyini açıqlayıb.


Tvit.az İran mediasına istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.


Məlumata görə, dron İranın vahid hava hücumundan müdafiə sistemlərinin nəzarəti altında fəaliyyət göstərən aerokosmik müdafiə avadanlığı vasitəsilə hədəfə alınıb.


SEPAH iddia edib ki, bu hadisə ABŞ istehsalı olan MQ-9 tipli pilotsuz uçuş aparatlarının İran tərəfindən vurulan sayını 54-ə çatdırıb. Hadisə ilə bağlı ABŞ tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.


Elmin Alışov