Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zaxarova jurnalistin saxlanılmasından sonra Yaponiyaya müraciət edib
dünya

Zaxarova jurnalistin saxlanılmasından sonra Yaponiyaya müraciət edib

13-10-2026 22:00 15 Baxış
IMG

Yaponiyanın Rusiyada fəaliyyət göstərən müxbirlərindən məlumat toplamaq məqsədilə istifadə etmək cəhdləri təəssüf doğurur.

 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 


O, casusluqda ittiham olunan yaponiyalı jurnalist İmai Yukinin saxlanılmasını şərh edərkən qeyd edib ki, Tokio xarici jurnalist statusuna malik müxbirlərini Rusiyanın təhlükəsizliyinə xələl gətirmək məqsədilə məlumat toplamağa cəlb etməyə çalışır.


Qeyd edək ki, oktyabrın 13-də Saxalin vilayətində Yaponiyanın “Hokkaido Shimbun” nəşrinin müxbiri saxlanılıb. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, jurnalist Rusiyanın müdafiə qabiliyyəti ilə bağlı məlumatlar toplamaqda şübhəli bilinir.