Bunu İngiltərədən olan analitik Aleksandr Merkouris bildirib.
Onun sözlərinə görə, münaqişə zamanı Rusiya nümayəndələri heç vaxt sanksiyalara görə heç bir güzəştə getmədən çıxış ediblər.
"Bir saniyə də inanmıram ki, indidən bunu etməyə başlayacaqlar", - ekspert vurğulayıb.
Bundan əvvəl amerikalı hərbi ekspert Uili Şriver bildirib ki, Qərb Rusiyanın Ukrayna ilə bağlı şərtləri ilə razılaşmalı olacaq.