Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ağdamın kəndlərində 15 milyonluq binalar tikiləcək
sosial

Ağdamın kəndlərində 15 milyonluq binalar tikiləcək

06-12-2024 21:00 60 Baxış
IMG

Ağdam rayonunun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri həyata keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirilib.

 

Məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi hazırlıqlara başlayıb.

 

Qurum Sarıcalıda sözügedən işlərin icrasının 5.144.546,09 AZN-ə (5 milyon 144 min 546 manat 9 qəpik), Xıdırlıda 3.395.004,44 AZN-ə (3 milyon 395 min 4 manat 44 qəpik), Kəngərlidə isə 6.939.074,12 AZN-ə (6 milyon 939 min 74 manat 12 qəpik) başa gələcəyini proqnozlaşdırıb.

 

Beləliklə, hər üç kənddə tikintisi nəzərdə tutulan qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinə qurum 15 milyon 478 min 624 manat 65 qəpik vəsaitin sərf olunacağını ehtimal edir.