Mi-8 hərbi helikopteri Rusiyanın Voronej vilayətində qəzaya uğrayıb.
Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Məlumata əsasən, helikopter Voronejdən təxminən 80 kilometr məsafədə yerləşən ərazidə qəzaya uğrayıb. Helikopterdə pilot, naviqator və atıcı olmaqla üç ekipaj üzvü olub. Onların hamısı həlak olub.
Qəzanın səbəbi hələlik məlum deyil.