BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yüksək vəzifəli rəsmilərindən biri İsrailin Qəzzadakı siyasətini tənqid etdiyinə görə vəzifəsini itirdiyini bildirib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, FAO-nun Kənd Transformasiyası və Gender Bərabərliyi Bölməsinin (ESP) keçmiş direktoru Ben Deyvis AFP-yə açıqlamasında bildirib ki, 26 il çalışdığı təşkilatda müqaviləsinin iyul ayında yenilənməyəcəyi barədə məlumat alıb.
Deyvisin sözlərinə görə, o, təşkilatın qərəzsizlik qaydalarını pozmaqda ittiham olunub.
O, Romada yerləşən FAO-nun bəzi əməkdaşları tərəfindən Qəzzada aclıq və qıtlığa diqqət çəkmək məqsədilə keçirilən həftəlik səssiz etiraz aksiyalarına da toxunub.
“Onlar məni Qəzzada aclıq və qıtlıq vəziyyəti ilə bağlı bu sükut anlarını təşkil etməkdə ittiham etdilər”, – deyə Deyvis bildirib.
O, həmçinin Qəzzada ərzaq əlçatanlığı və bunun beynəlxalq humanitar hüquq baxımından nəticələri barədə hazırladığı hesabata görə tənqid olunduğunu söyləyib.
“Bizə onu ləğv etməyimiz deyildi. Bizə humanitar hüquqa heç bir istinad etməyə icazə verilmədi”, – deyə Deyvis əlavə edib.
Aysel Şirinova