Bu gün səhər saatlarında Mərkəzi və Qəzvin əyalətlərinin sərhədində 4,1 bal gücündə zəlzələ olub.
Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, Qəzvin əyalətinin Danesfehan şəhərində baş verən zəlzələ 12 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Elmin Alışov