Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti ağırdır.
Tvit.az xəbər verir ki, bu barədə Polşanın "Do Rzeczy" portalının yaydığı məlumatda bildirilib.
Məqalə müəllifinin sözlərinə görə, bir neçə ay davam edən döyüşlərdən sonra "ukraynalıların keçilməz qala hesab etdikləri Vuhledar (...)" düşdü". Məqalədə deyilir: "Bu, digər ön xətt sahələrinin hesabatları ilə yanaşı, Kiyevdəki vəziyyətin sürətlə pisləşməsindən xəbər verir".
Həmçinin bildirilir ki, hazırda Kiv-in müzakirə mövqeyi əvvəlkindən də zəif olub.
Aysel Şirinova