Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya banklarından il sonu üçün mənfəət proqnozu
dünya

Rusiya banklarından il sonu üçün mənfəət proqnozu

05-12-2024 21:00 127 Baxış
IMG

Rusiyanın bank sektoru 2024-cü ilin sonuna kimi 3,5-3,8 trilyon rubl xalis mənfəət əldə edə bilər.

Tvit.az bu barədə "Tass"a istinadən xəbər verir. 

"Ehtiyatlara az töhfələr və sabit marja nəzərə alınmaqla, banklar 2024-cü ilin sonuna kimi digər məcmu itkilər nəzərə alınmadan 3,5-3,8 trilyon rubl qazana bilər", - tənzimləyici qeyd edib.

Bundan başqa, Rusiya Mərkəzi Bankı hesab edir ki, gələn il sektorun mənfəəti artan kredit riskləri və aşağı marjalar səbəbindən 2023-2024-cü illər səviyyəsindən aşağı ola bilər.

Eyni zamanda, tənzimləyici sektorun 2025-ci il üçün mənfəət proqnozunu 2,7-3,2 trilyon rubl səviyyəsində saxlayıb.

Aysel Şirinova