Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp: Netanyahu hazırda "çox yaxşı vəziyyətdədir"
dünya

Tramp: Netanyahu hazırda "çox yaxşı vəziyyətdədir"

28-10-2026 20:00 17 Baxış
IMG

ABŞ prezidenti Donald Tramp, qismən nəticələrin açıqlanmasından sonra Netanyahunun "hazırda olduqca yaxşı vəziyyətdə" olduğunu iddia edib. 

 

Tvit.az xəbər verir ki, Tramp Axios-a verdiyi açıqlamada Qəzzada müharibə cinayətləri ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan İsrail baş nazirinin ləqəbindən istifadə edərək "Eşitdim ki, mənim dəstəyim Bibi üçün böyük fərq yaratdı" deyə iddia edib.

 

Tramp əlavə edib ki, hələ Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin qurulması səylərində iştirak etmək barədə düşünməyib.

 

Aysel Şirinova