Bakı metropolitenində dörd keçid stansiyası olacaq.
Bunu Oxu.az-ın yeni "Oxucu soruşur" layihəsinin qonağı olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:
"Bakı metropoliteninin "bənövşəyi", "yaşıl" və "qırmızı" xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni "Avtovağzal" stansiyasından metroya daxil olan sərnişin "Nizami" stansiyasından keçməklə "Sahil" stansiyasına gedə biləcək.