Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
sosial

Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

11-09-2026 11:00 19 Views
IMG

Bakı metropolitenində dörd keçid stansiyası olacaq.

 

Bunu Oxu.az-ın yeni "Oxucu soruşur" layihəsinin qonağı olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.

 

O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:

 

"Bakı metropoliteninin "bənövşəyi", "yaşıl" və "qırmızı" xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni "Avtovağzal" stansiyasından metroya daxil olan sərnişin "Nizami" stansiyasından keçməklə "Sahil" stansiyasına gedə biləcək.